Nazir: “Azərbaycanda sürətli qazlaşma olmasaydı, meşələrin məhv edilməsinə qarşı mübarizəmiz bu qədər uğurlu alınmazdı”

Nazir: “Azərbaycanda sürətli qazlaşma olmasaydı, meşələrin məhv edilməsinə qarşı mübarizəmiz bu qədər uğurlu alınmazdı” Onun sözlərinə görə, qısa zamanda meşə örtüyü əraziləri 12 faizə çatacaq
Ekologiya
24 Dekabr , 2015 12:04
Nazir: “Azərbaycanda sürətli qazlaşma olmasaydı, meşələrin məhv edilməsinə qarşı mübarizəmiz bu qədər uğurlu alınmazdı”

Bakı. 24 dekabr. REPORT.AZ/ “2015-ci ilin əvvəllərində peykdən əldə etdiyimiz şəkillərdən əmin olduq ki, Azərbaycanda sürətli qazlaşma hesabına son 10 ildə meşələrin qırılmasının qarşısı alınıb. 10 ildə 100 min hektardan çox yeni meşələr salınıb, ağac əkilib və digər şəraitlər yaradılıb. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Onun sözlərinə görə, qısa zamanda meşə örtüyü əraziləri 12 faizə çatacaq.

Nazir, həmçinin qeyd edib ki, qazlaşdırma olmasaydı, nazirliyin meşələrin məhv edilməsinə qarşı mübarizəsi bu qədər uğurlu alınmazdı: “Kəndlər, şəhərlər, əhalisi çox olan ərazilərdə sakinlər qışda bizim tələbimizə qulaq asmazdı. Qazlaşma kömək etdi ki, aparılan tədbirlər effektli olsun”.

Son xəbərlər

Orphus sistemi