Naxçıvanda qarın hündürlüyü 17 sm-ə çatıb - FAKTİKİ HAVA

Naxçıvanda qarın hündürlüyü 17 sm-ə çatıb - FAKTİKİ HAVA Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya
23 Noyabr , 2018 12:46
Naxçıvanda qarın hündürlüyü 17 sm-ə çatıb - FAKTİKİ HAVA
0 : 00
0 : 00

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, ölkə ərazisində noyabrın 22-si gündüzdən 23-ü səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində intensiv olub.

Düşən yağıntının miqdarı Naxçıvanda 2-61, Kiçik Qafqazda 1, Qazax-Gəncə zonasında 1-2, Böyük Qafqazda 1-11, Mərkəzi-Aran rayonlarında 1-6, Lənkəran-Astara zonasında 1-4, Bakıda və Abşeron yarımadasında 2-11 mm olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 17 sm təşkil edib.

Son xəbərlər

Orphus sistemi