​Naxçıvanda almanın 102 sort və forması aşkarlanıb

​Naxçıvanda almanın 102 sort və forması aşkarlanıb Həmçinin 9 cinsdə birləşən 14 növ yabanı tərəvəz bitkisinin yayıldığı müəyyən edilib
Ekologiya
9 Yanvar , 2016 21:54
​Naxçıvanda almanın 102 sort və forması aşkarlanıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının bioflorasının tədqiqi nəticəsində ərazidə 31 fəsilə və 70 cinsə aid 114 növ mamır aşkar edilib ki, onlardan da 4 fəsilə, 15 cinsə aid olan 29 mamır növü ərazi florası üçün yenidir.
"Report" AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun statistik məlumatlarına istinadən xəbər verir ki, mamırlardan bir cins və 16 növ Azərbaycan florası üçün ilkdir.


İnstitutun fəaliyyəti dövründə üzüm genofondu bağı salınıb, nadir sortlar müəyyənləşdirilib, yeni klon və formaların alınması istiqamətində tədqiqat işləri aparılıb. Yabanı armud növlərinin yayılma zonaları dəqiqləşdirilib, bioloji məhsuldarlığı tədqiq edilib, Naxçıvan MR florası üçün yeni növlər verilib.
Ərazidə almanın 102 sort və formasının olduğu müəyyənləşdirilib.

Tədqiqatlara əsasən Naxçıvan MR-də çətirçiçəklilər fəsiləsinə aid 9 cinsdə birləşən 14 növ yabanı tərəvəz bitkisinin yayıldığı müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi