Leyla Əliyeva Ümumdünya Parklar Konqresinin açılışında iştirak edib

Leyla Əliyeva Ümumdünya Parklar Konqresinin açılışında iştirak edib Konqres noyabrın 19-dək davam edəcək
Ekologiya
13 Noyabr , 2014 09:15
Leyla Əliyeva Ümumdünya Parklar Konqresinin açılışında iştirak edib

Bakı. 13 noyabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birlik (IUCN) tərəfindən  Avstraliyanın Sidney şəhərində təşkil olunan Ümumdünya Parklar Konqresinin açılışında iştirak edib. “Report”un məlumatına görə, Ümumdünya Parklar Konqresi sayca 6-cıdır. Tədbir 10 ildən bir keçirilir. Konqres noyabrın 19-dək davam edəcək.

Bu il keçirilən toplantı mühafizə olunan ərazilərin daha səmərəli idarə edilməsi və saxlanılması ilə bağlı qabaqcıl təcrübənin və biliklərin bölüşməsinə həsr olunub. Tədbirdə bir sıra dövlətlərin prezidentləri, ətraf mühitin mühafizəsi üzrə məsul olan nazirlər və digər yüksək vəzifəli şəxslər, eləcə də beynəlxalq və regional təşkilatların rəhbərləri, tanınmış mütəxəssislər və aparıcı qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ümumdünya Parklar Konqresinin plenar sessiyasında Azərbaycanın ətraf mühitin mühafizəsi sahəsindəki təcrübəsi və bu istiqamətdə görülən tədbirlər barədə çıxış edəcək. Leyla Əliyevanın tədbir çərçivəsində bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulur.

Qeyd edək ki, konqresin keçirildiyi ərazidə ətraf mühit sahəsində aparıcı təşkilat olan IDEA İctimai Birliyinin fəaliyyətini əks etdirən pavilyon da qurulub.

Son xəbərlər

Orphus sistemi