Lənkəranda 69 ədəd ağacın qanunsuz kəsildiyi aşkar edilib

Lənkəranda 69 ədəd ağacın qanunsuz kəsildiyi aşkar edilib Qanun pozuntusu ilə bağlı toplanan sənədlər Baş Prokurorluğa göndərilib
Ekologiya
21 Fevral , 2018 16:31
Lənkəranda 69 ədəd ağacın qanunsuz kəsildiyi aşkar edilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report

Bakı. 21 fevral. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi Lənkəran, Lerik, Masallı, Astara, Cəlilabad rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Keçirilən reyd zamanı Lənkəran rayonu Sinovli kəndi ərazisində, Osaküçə bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsində yaşköküstə 4-30 sm diametrliyində 69 ədəd müxtəlif cinsli ağacın kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların Lənkəran rayonu Sinovli kəndində yaşayan Daşqın Mehrəliyev tərəfindən kəsildiyi və təbiətə 8600 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Son xəbərlər

Orphus sistemi