Lənkərana qar yağır - FOTO

Lənkərana qar yağır - FOTO Yarım saat ərzində qarın qalınlığı 3 sm-i keçib
Ekologiya
1777
8 Dekabr , 2016 10:47
Lənkərana qar yağır - FOTO

Bakı. 8 dekabr. REPORT.AZ/ Lənkəran şəhərinə ilk qar yağır.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, səhər saat 10.00 radələrindən başlayaraq şaxtalı hava külək və qar ilə müşahidə edilib. Yarım saat ərzində qarın qalınlığı 3 sm-i keçib.

Hələlik hər hansı bir problem yaşanmasa da, qışa hazır olmayan sürücülər üçün asfalt örtüyünün üzərində avtomobillərin hərəkəti çətinləşib.