Bakı. 28 sentyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Kürdəmir rayonu Pirili kəndi ərazisində icazəsiz ova cəhd edən şəxsi saxlayıb.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, həmin şəxsdən ov tüfəngi götürülüb.
Araşdırma zamanı brakonyerin Pirili kənd sakini Şakir Hüseynov olduğu məlum olub.
Faktla bağlı Ş.Hüseynov barəsində protokol tərtib olunub və inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.