İstirahət günü Azərbaycanda 38 dərəcə isti olacaq

İstirahət günü Azərbaycanda 38 dərəcə isti olacaq Bakıda bəzi yerlərdə zəif duman olacağı gözlənilir
Ekologiya
20 İyun , 2015 12:35
İstirahət günü Azərbaycanda 38 dərəcə isti olacaq

Bakı. 20 iyun. REPORT.AZ/ İstirahət günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah paytaxtda səhər bəzi yerlərdə zəif duman olacağı, şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur.

Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, amma gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 34-38, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi