Avstraliyanın Çarlz Stört Universitetinin tədqiqatçısı Cennifer Laversin rəhbərlik etdiyi bir qrup avstraliyalı və britaniyalı iqlimşünaslar qlobal istiləşmə sonucunda dəniz siklonlarının tezliyi və intensivləşməsi sahilyanı ərazilərdə yuva quran dəniz quşlarının sayının kəskin azalmasına yol açacağını müəyyən ediblər.
“Report” xəbər verir ki, alimlərin gəldiyi nəticələr
Mütəxəssislər tərəfindən aparılan müşahidələr göstərib ki, Hind okeanının Avstraliyanın qərb sahilinə bitişik şərq regionlarından keçən güclü tropik “İlza” siklonundan sonra 2023-cü ilin aprelində yerli qannet və freqat quşlarının 80-90 faizi tələf olub. Daha sonra təbii fəlakət səkkiz indoneziyalı balıqçının həyatına son qoyub və həmçinin regionun bir sıra ölkələrinin infrastrukturuna ciddi ziyan vurub.
Siklonun flora və faunaya təsirini öyrənmək üçün Bedaut adasının ərazisi üzərində ilk uçuşlar zamanı elm adamları əvvəllər adada yuva salmış nə maskalı sümsük quşu (Sula dactylatra), nə qara sümsük quşu (Sula leucogaster), nə də Ariel freqatlarından (Fregata Ariel) əsər-əlamət aşkarlayıb.
Sonrakı ekspedisiyalar zamanı araşdırmaçılar hər iki növün yalnız az sayda yuva quran sümsük quşu cütlərini, habelə ümumi sayı 20 mindən çox olan çox sayda ölü quş cəsədlərini aşkar ediblər.
Elm adamları hesab edirlər ki, “İlza” siklonu Bedout adasından keçərkən sümsük və freqat quşlarının populyasiyası 5-10 dəfə azalıb və bu, 2007 və 2016-cı illərdə Avstraliyanın qərb sahilində hərəkət edən iki əvvəlki iki tropik siklon – Corc və Stan – tərəfindən yerli quş populyasiyalarına vurduğu zərəri daha da artırır.
İqlimşünaslar belə qənaətə gəliblər ki, qlobal istiləşmə sonucunda belə fəlakətlərin tezliyi və intensivləşməsi təkcə Avstraliya sahillərində deyil, həm də bütöv Yer kürəsində çoxlu sayda tropik dəniz quşlarının sahil populyasiyalarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq.