Artıq bir müddətdir ki, İmişli rayonunun bir sıra ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bəzi növlərinin quruması baş verir.
"Report"un Muğan bürosunun məlumatına görə, bu məsələ ilə bağlı sözügedən xəstə ağacların müalicəsi və profilaktikası, kütləvi qurumanın qarşısının alınması üçün müvafiq tədbirlər görülməkdədir.
Belə ki, “Yaşıl dünya naminə həmrəyliy ili” çərçivəsində İmişli şəhərinin H.Əliyev adına istirahət parkında şam ağaclarının çox olduğu ərazilərdə müvafiq qurumun əməkdaşları tərəfindən ağaclar xüsusi məhlullarla yuyulurlar.
Həmçinin bir müddət əvvəl həmin ərazidə artıq müalicəsi mümkün olmayan və ətrafdakı ağaclar üçün təhlükə yaradan qurumuş ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin müvafiq rəyi əsasında kəsilərək utilizasiya edilib.