Yuxarı

İstirahət günündə Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Sabaha havanın temperaturu nisbətən yüksək olacaq

Bakı. 29 noyabr. REPORT.AZ/ İstirahət günündə Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a açıqlamasında deyib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam çiskinli, az yağıntılı olacağı gözlənilir. Gündüz arabir güclənən cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6, gündüz 6-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, əsasən şimal və şərq rayonlarında havanın yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi