İradə İbrahimova: "Plastik qabların toplanması üçün 100 ədəd konteyner sifariş verilib"

İradə İbrahimova: "Plastik qabların toplanması üçün 100 ədəd konteyner sifariş verilib" Bakı. 15 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) plastik tullantıların idarə olunması və çeşidlənməsinin təşkili təşəbbüsü çərçivəsində Bakının müxtəlif parklarında plastik qabların toplanması üçün 10-dan artıq konteyner yerləşdirib.
Ekologiya
15 İyun , 2018 13:09
İradə İbrahimova: Plastik qabların toplanması üçün 100 ədəd konteyner sifariş verilib

Bakı. 15 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) plastik tullantıların idarə olunması və çeşidlənməsinin təşkili təşəbbüsü çərçivəsində Bakının müxtəlif parklarında plastik qabların toplanması üçün 10-dan artıq konteyner yerləşdirib.

Bunu "Report"a açıqlamasında ETSN-in Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.   

Onun sözlərinə görə, sosial aksiya davam etdiriləcək: "Artıq 100 ədəd konteyner də sifariş verilib və əhalinin sıx toplaşdığı ərazilərdə yerləşdirilməsi nəzərdə tutulub".

İ.İbrahimova hər kəsi plastik və polietilen tullantıların idarə edilməsi işinə dəstək olmağa, onlardan istifadəni azaltmağa çağırıb. 

Son xəbərlər

Orphus sistemi