İradə İbrahimova: "Milli Meşə Proqramının ilkin layihəsi hazırdır"

İradə İbrahimova: "Milli Meşə Proqramının ilkin layihəsi hazırdır" Bakı. 22 fevral. REPORT.AZ/ Hazırda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) texniki dəstəyi ilə yeni Milli Meşə Proqramı üzərində iş aparılır və artıq sənədin ilkin layihəsi hazırdır.
Ekologiya
22 Fevral , 2019 15:14
İradə İbrahimova: Milli Meşə Proqramının ilkin layihəsi hazırdır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova / Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova

Bakı. 22 fevral. REPORT.AZ/ "Hazırda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) texniki dəstəyi ilə yeni Milli Meşə Proqramı üzərində iş aparılır və artıq sənədin ilkin layihəsi hazırdır".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, Azərbaycanın ümumu meşə fondunun sahəsi 1 milyon 213 min hektardır. Bu da ölkə ərazisinin, ümumilikdə, 14 faizini, meşə ilə örtülü sahələrin isə cəmi 12 faizini təşkil edir.

Nazirlik rəsmisi bildirib ki, meşələrin qorunması, daha səmərəli idarə edilməsi və meşə sektorunun inkişaf etdirilməsi əsas prioritetlərdən biridir: "Bu istiqamətdə işlər daha sistemli və kompleks şəkildə qurulur. 2020-2030-cu illəri əhatə edəcək yeni proqram beynəlxalq təcrübəyə əsaslanaraq meşəçilik sistemində görüləcək işlər üçün yol xəritəsidir".

İ.İbrahimova vurğulayıb ki, Milli Meşə Proqramının qəbul edilməsi meşə sektorunda yeni bir mərhələnin başlanğıcı olacaq.

Son xəbərlər

Orphus sistemi