İradə İbrahimova: "Bu il milli parklara 11131 nəfər turist səfər edib"

İradə İbrahimova: "Bu il milli parklara 11131 nəfər turist səfər edib" Bu ilin 4 ayı ərzində ölkəmizdə fəaliyyət göstərən milli parklara, ümumilikdə, 11131 nəfər turist səfər edib.
Ekologiya
3 May , 2019 15:15
İradə İbrahimova: Bu il milli parklara 11131 nəfər turist səfər edib

"Bu ilin 4 ayı ərzində ölkəmizdə fəaliyyət göstərən milli parklara, ümumilikdə, 11131 nəfər turist səfər edib".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyininin (ETSN) Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, turistlərdən 9850-si yerli, 1281-i isə xarici vətəndaş olub: "Son günlər yaz-yay mövsümünün yaxınlaşması ilə əlaqədar milli parklara səfər edən turistlərin sayında xeyli artım müşahidə edilir. Sözsüz ki, bu rəqəm bizi razı salmır, biz istərdik ki, milli parkları ziyarət edən turistlərin sayı daha çox olsun. Düzdür, qış mövsümündə havaların soyuq olması ilə əlaqədar insanların milli parklara səyahət etməsi çox müşahidə olunmur. Ancaq biz may ayından etibarən milli parklara səyahət edənlərin sayının artımında böyük sıçrayış gözləyirik, çünki hava şəraiti də, təbiət də buna imkan verəcək".

İ.İbrahimova qeyd edib ki, hazırda milli parklarda rəngarəngliyinə və məzmununa görə fərqlənən 110 turist marşrutu fəaliyyət göstərir: "Ekoloji turizm bizim üçün yeni anlayışdır və bu sahədə müsbət nailiyyətlər əldə olunacağına ümid edirik".

Son xəbərlər

Orphus sistemi