​I Avropa Oyunlarının rəsmi açılış günü Bakıda 32 dərəcə isti olacaq

​I Avropa Oyunlarının rəsmi açılış günü Bakıda 32 dərəcə isti olacaq Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir
Ekologiya
11 İyun , 2015 12:37
​I Avropa Oyunlarının rəsmi açılış günü Bakıda 32 dərəcə isti olacaq

Bakı. 11 iyun. REPORT.AZ/ I Avropa Oyunlarının rəsmi açılış günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, iyunun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşam yarımadanın bəzi yerlərində güclənəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 27-32 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi