Hüseyn Bağırov Biləsuvarda vətəndaşları qəbul edəcək

Hüseyn Bağırov Biləsuvarda vətəndaşları qəbul edəcək Qəbul Biləsuvar şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında olacaq
Ekologiya
10 Fevral , 2015 15:23
Hüseyn Bağırov Biləsuvarda vətəndaşları qəbul edəcək

Bakı. 10 fevral. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov fevralın 20-də, saat 10:00-da Biləsuvar şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında Biləsuvar, Cəlilabad, Salyan və Neftçala rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a nazirlikdən məlumat verilib. 

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Son xəbərlər

Orphus sistemi