Azərbaycanın milli parkında daha bir bəbir qeydə alınıb

Azərbaycanın milli parkında daha bir bəbir qeydə alınıb Bakı. 11 yanvar. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ilə birgə Hirkan Milli Parkının ərazisində bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri növbəti monitorinq zamanı foto-tələlər vasitəsilə bəbirin fotoşəkilləri qeydə alınıb.
Ekologiya
11 Yanvar , 2019 17:34
Azərbaycanın milli parkında daha bir bəbir qeydə alınıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ilə birgə Hirkan Milli Parkının ərazisində bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri növbəti monitorinq zamanı foto-tələlər vasitəsilə bəbirin fotoşəkilləri qeydə alınıb.

Bu barədə "Report"a ETSN-in Mətbuat xidmətindən məlumat verilib. 

Qeyd edək ki, Hirkan Milli Parkının ərazisində bəbirlərin müntəzəm qeydə alınan şəkilləri bu növün Milli Park ərazisində davamlı olaraq yaşadığını bir daha sübuta yetirir.

Son xəbərlər

Orphus sistemi