Hər il 7 milyon insan havanın çirkləndirilməsindən ölür

Hər il 7 milyon insan havanın çirkləndirilməsindən ölür Dünyada 10 nəfərdən 9-u çirklənmə səviyyəsi yüksək olan hava ilə qidalanır
Ekologiya
2 May , 2018 05:58
Hər il 7 milyon insan havanın çirkləndirilməsindən ölür

Bakı. 2 may. REPORT.AZ/ Havanın çirkləndirilməsi hər il 7 milyon insanın həyatına son qoyur.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

"Havanın çirkləndirilməsi bizim hamımız üçün təhlükədir, lakin bundan ilk növbədə ən yoxsul və ən marginal insanlar əziyyət çəkir", – deyə məlumatda qeyd olunur.

Eyni zamanda, 10 nəfərdən 9-u çirklənmə səviyyəsi yüksək olan hava ilə qidalanır.

Həmçinin bu çirklənmə sərhəd tanımır və bütün dövlətər üçün təhlükə daşıyır.

Son xəbərlər

Orphus sistemi