Həftənin ilk günü Azərbaycanda temperatur 40 dərəcəyədək yüksələcək

Həftənin ilk günü Azərbaycanda temperatur 40 dərəcəyədək yüksələcək Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək
Ekologiya
26 İyul , 2015 14:27
Həftənin ilk günü Azərbaycanda temperatur 40 dərəcəyədək yüksələcək

Bakı. 26 iyul. REPORT.AZ/ İyulun 27-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-25 dərəcə, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26 dərəcə, Türkan, Hövsan, Şıx və Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycan rayonlarında gün ərzində hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25 dərəcə isti, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23 dərəcə isti, gündüz 35-40 dərəcə isti olacağı gözlənilir.

Dağlarda gecə 12-17 dərəcə isti, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi