Koordinator: "Hazırda Ermənistanda torpaqların 80 faizində səhralaşma və bioloji aktivliyin itirilməsi prosesi gedir"

Koordinator: "Hazırda Ermənistanda torpaqların 80 faizində səhralaşma və bioloji aktivliyin itirilməsi prosesi gedir" “Cənubi Qafqaz ərazisində ən az deqradasiya prosesi Azərbaycan ərazisindədir”
Ekologiya
2 May , 2017 14:34
Koordinator: Hazırda Ermənistanda torpaqların 80 faizində səhralaşma və bioloji aktivliyin itirilməsi prosesi gedir
Report.az

Tbilisi. 2 may. REPORT.AZ/ “Cənubi Qafqaz ərazisində ən az deqradasiya prosesi Azərbaycan ərazisindədir”.

“Report”un məlumatına görə, bunu Tbilisidə keçirilən Cənubi Qafqazda torpaqların deqradasiyasının neytrallaşması üzrə ətraf mühit jurnalistləri üçün media seminarında Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri və Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının Azərbaycan üzrə Milli Koordinatoru Sadiq Salmanov deyib.

O bildirib ki, hazırda Azərbaycanda torpaqların 23 faizi deqradasiyaya uğrayıb: “Həmin torpaqların 20 faizi kənd təsərrüfatı təyinatlı torpaqların payına düşür. Torpaqların deqradasiyası kənd yerlərində yaşayan əhalinin yoxsulluğuna səbəb olur. Təhlillər göstərir ki, problemlər hələ də qalmaqdadır. Torpaqların şoranlaşmasına və deqradasiyasına mal-qaranın sistemsiz otarılması, suvarma sistemlərindən, müasir kənd təsərrüfatı texnikalarından düzgün istifadə edilməməsi səbəb olur".

BMT-nin Mərkəzi və Şərqi Avropada Səhralaşmaya qarşı mübarizə konvensiyasının proqram koordinatoru Camal Annaqulyova Cənubi Qafqaz ölkələrinin ərazisində baş verən quraqlıq kənd təsərrüfatına ciddi ziyan verdiyini deyib. Onun sözlərinə görə, hazırda Ermənistanda torpaqların 80 faizində səhralaşma və bioloji aktivliyin itirilməsi prosesi gedir: “Gürcüstan ərazisinin isə 35 faizində səhralaşma təhlükəsi var”. 

Son xəbərlər

Orphus sistemi