Bakı. 12 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişməsi ilə bağlı xəbərdarlıq edib. Nazirlikdən "Report"a verilən xəbərə görə, dekabrın 14-dən 16-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.
Dekabrın 13-dən 14-nə keçən gecə şimal küləyi arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.