Hava şəraiti dəyişəcək, güclü külək əsəcək, yağış yağacaq

Hava şəraiti dəyişəcək, güclü külək əsəcək, yağış yağacaq Milli Hidrometeorologiya Xidməti Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.
Ekologiya
18 sentyabr 2020 09:29
Hava şəraiti dəyişəcək, güclü külək əsəcək, yağış yağacaq

Milli Hidrometeorologiya Xidməti Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Xidmətdən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 19-u gündüzdən 20-si səhərədək şimal-qərb küləyinin qısa müddətə 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Sentyabrın 19-da Azərbaycanın bəzi rayonlarında qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarda arabir 35 m/s-dək güclənəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi