Yuxarı

Nazirlik: “Günəşli” yatağında baş vermiş qəza nəticəsində dəniz ekosisteminə əhəmiyyətli mənfi təsir aşkar edilməyib

“Monitorinqlər davam etdirilir”

Bakı. 19 yanvar. REPORT.AZ/ “Milli monitorinq şəbəkəsinin təkmilləşdirilməsi üçün Bakı şəhərində atmosfer havasının çirklənməsinin fasiləsiz monitorinqinin keçirilməsi məqsədilə 1 ədəd üçüncü nəsil avtomatik stansiyalar kompleksinin və radiasiya, səs-küy, vibrasiya, toz və qazların ölçülməsi məqsədi ilə 6 ədəd avtomatik portativ cihazın alınaraq qurulması istiqamətində işlər aparılır”. “Report” xəbər verir ki, bu barədə 2015-ci il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən görülmüş işlərə dair hesabatda bildirilir.

Məlumatda bildirilib ki, ətraf mühitin monitorinqi istiqamətində atmosfer havası, yağıntılar, səth suları, torpaq və radiasiya fonu üzrə ümumilikdə 98 108 nümunə üzərində 125 435 analiz edilib: “Xəzər dənizinin Azərbaycan sektorunda 4 775 nümunə üzərində 52 685 analitik, ekotoksikoloji və mikrobioloji təhlil aparılıb. “Günəşli” yatağında baş vermiş qəza nəticəsində dəniz ətraf mühitində yarana biləcək ekoloji təsirləri müşahidə etmək məqsədi ilə həmin ərazidə monitorinqlər keçirilib və hazırda da davam etdirilir. Aparılan təhlillərin nəticəsinə görə dəniz ekosisteminə əhəmiyyətli mənfi təsir aşkar edilməyib”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi