Firdovsi Əliyev: "70 texnika və 300 əməkdaşımız yanğının söndürülməsinə cəlb olunub"

Firdovsi Əliyev: "70 texnika və 300 əməkdaşımız yanğının söndürülməsinə cəlb olunub" "Artıq 5-ci gündür ki, yanğın şimal bölgəsini öz ağuşuna alıb. Şabran, Siyəzən, Quba və Xaçmaz rayonlarında yanğının miqyası böyükdür. Buna səbəb havanın küləkli keçməsidir. Elə gün olurdu küləyin sürəti 18-22 m/san-ə qalxırdı".
Ekologiya
19 Avqust , 2022 20:23
Firdovsi Əliyev: 70 texnika və 300 əməkdaşımız yanğının söndürülməsinə cəlb olunub
Firdovsi Əliyev

"Artıq 5-ci gündür ki, yanğın şimal bölgəsini öz ağuşuna alıb. Şabran, Siyəzən, Quba və Xaçmaz rayonlarında yanğının miqyası böyükdür. Buna səbəb havanın küləkli keçməsidir. Elə gün olurdu küləyin sürəti 18-22 m/san-ə qalxırdı".

Bu fikirləri "Report"a ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

"Nazirlik olaraq 70 texnika və 300 əməkdaşımız, eləcə də FHN-in şəxsi heyəti, amfibiya təyyarəsi yanğının söndürülməsinə cəlb olunub. Bütövlükdə 4 min hektarı əhatə edir", - nazir müavini deyib.

Son xəbərlər

Orphus sistemi