Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağır.
Ekologiya
26 Noyabr , 2024 17:17
Bəzi ərazilərə qar yağır -  FAKTİKİ HAVA - YENİLƏNİB

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağır.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 26-sı saat 17:00-a olan məlumata əsasən, həmçinin Daşkəsən, Göygöl, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Şəki, Altıağac, Quba, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Qusar, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Kürdəmir, Xaçmaz, Ağdam, İsmayıllı, Neftçala, Hacıqabul, Biləsuvar, Yardımlı, Lənkəran, Astarada yağış yağır, Xınalıq, Şahdağda arabir qar yağır.

Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Qusar, Xaltan, Tərtər, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da 19, Aran rayonlarında 12, dağlıq rayonlarda 5 dərəcəyədək isti qeydə alınıb.

09:33

Azərbaycanda noyabrın 26-sı saat 9:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti davam edir.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Lənkəran-Astara zonasında 10-30 mm, əksər rayonlarda 7 mm, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək yağış qeydə alınıb.

Şahdağda isə qar örtüyünün hündürlüyü 1 sm-dir.

Qeyd edilib ki, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Ağstafa, Qax, Zaqatala, Şəki, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Yevlax, Göyçay, Beyləqan, Lerik, Balakən, Şamaxı, Sumqayıtda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10, Naxçıvan MR-da 12, Aran rayonlarında 10, dağlıq rayonlarda 6 dərəcəyədək isti qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi