Leysan yağıb, bəzi bölgələrdə duman müşahidə edilir - FAKTİKİ HAVA - YENİLƏNİB-2

Leysan yağıb, bəzi bölgələrdə duman müşahidə edilir - FAKTİKİ HAVA - YENİLƏNİB-2 Milli Hidrometeorologiya Xidmətinin iyulun 29-u saat 8:30-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.
Ekologiya
29 İyul , 2024 16:59
Leysan yağıb, bəzi bölgələrdə duman müşahidə edilir - FAKTİKİ HAVA - YENİLƏNİB-2

Milli Hidrometeorologiya Xidmətinin iyulun 29-u saat 16:30-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Daşkəsən, Gədəbəy, Göygöl, İsmayıllı, Naftalan, Gəncə, Şəmkir, Oğuz, Balakən, Qobustan, Tərtər, Biləsuvar, Lerikdə isə yağıntılar leysan xarakterli olub. Daşkəsən, Göygöl, Şəmkir, Göyçay, Lerikdə duman müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 28, Aran rayonlarında 27, dağlıq rayonlarda isə 18 dərəcəyədək isti olub.

10:25

Hazırda Gəncə-Qazax bölgəsində fasilələrlə leysan xarakterli yağış yağır, Qarabağ və Şərqi-Zəngəzur, Lənkəran-Astara bölgələrinin bəzi yerlərində isə zəif yağıntılı hava şəraiti müşahidə olunur. Balakən-Şəki və Quba-Qusar bölgələrində yağıntıda fasilə yaranıb.

"Report" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin iyulun 29-u axşamadək davam edəcəyi, iyulun 30-da isə havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.

09:08

İyulun 29-u saat 8:30-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Lənkəranda 68 mm, Astarada 59 mm, Şəkidə 57 mm, Yardımlıda 42 mm, Lerik, Gədəbəydə 35 mm, Gəncədə 33 mm, Göygöldə 29 mm, Kürdəmirdə 26 mm, Şəmkirdə 24 mm, Şahdağda 22 mm, Tovuz, Qaxda (Sarıbaş) 19 mm, Daşkəsən, Zaqatalada 18 mm, Balakəndə 14 mm, Oğuzda 10 mm, Qubada 9 mm, Qusar, Qrızda 8 mm, Şirvanda 7 mm, Göyçay, Şamaxıda 6 mm, Sədərək, Qəbələ, Tərtər, Bərdə, Yevlax, Ağstafa, İsmayıllı, Göyçay, Kürdəmir, Xaltan, Beyləqan, Naftalan, Mingəçevir, Zərdab, Altıağac, Qobustan, Naxçıvan, Şərur, Ağdam, Sabirabad, Cəfərxan, Biləsuvar, Kəlvəz, İmişli, Cəfərxan, Şabranda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Şimal-qərb küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 20 m/s, Neftçalada 16 m/s, Qax, Şirvanda 15 m/s-yə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Daşkəsən, Göygöl, Göyçay, Naftalan, Şəmkir, Qrız, Şahdağ, Lerik, Şəki, Balakəndə duman müşahidə olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 22, Naxçıvan MR-da 20, Aran rayonlarında 22, dağlıq rayonlarda isə 14 dərəcəyədək isti olub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin iyulun 29-u axşamadək davam edəcəyi, iyulun 30-da dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi