Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA - YENİLƏNİB

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA - YENİLƏNİB Milli Hidrometeorologiya Xidmətinin avqustun 16-sı saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı yerlərdə
Ekologiya
16 Avqust , 2024 16:25
Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA - YENİLƏNİB

Avqustun 16-sı saat 16:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Göyçay, Zərdab, İmişli, Sabirabad, Lənkəran, Xaltan, Qusar, Şahdağ, Oğuz, Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə “Report”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 30, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 17 dərəcəyədək isti olub.

09:41

Avqustun 16-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.

Bu barədə “Report”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı yerlərdə intensiv olub.

Qeyd edilib ki, düşən yağıntının miqdarı Kürdəmirdə 16 mm, Oğuzda 14 mm, Qobustanda 11 mm, Yevlax, Göyçayda 6 mm, Yardımlı, Cəfəxanda 5 mm, Lerik, Zərdab, Ordubad, Sabirabad, Biləsuvar, Şirvan, Lənkəran, Astara, Qrız, Xaltan, Neftçala, Tərtərdə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında avqustun 16-sı axşamadək, bölgələrdə isə 17-si gündüzədək davam edəcək.

Son xəbərlər

Orphus sistemi