Qarasuçay-Zərdab məntəqəsindən sel keçir - FAKTİKİ HAVA - YENİLƏNİB

Qarasuçay-Zərdab məntəqəsindən sel keçir - FAKTİKİ HAVA - YENİLƏNİB Milli Hidrometeorologiya Xidmətinin iyulun 25-i saat 10:00-a olan məlumatına görə, öncədən xəbər verildiyi kimi gündüz dağlıq ərazilərdən başlayaraq hava şəraiti dəyişib, əksər rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar ley
Ekologiya
25 İyul , 2024 16:33
Qarasuçay-Zərdab məntəqəsindən sel keçir - FAKTİKİ HAVA - YENİLƏNİB

İyulun 25-i saat 16:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, Şəki, Şamaxı, Ağsu, Qobustan, Mingəçevir, Qax, Zərdab, İsmayllı, Oğuz, Qəbələ, Qusar, Quba, Xaçmaz, Qrız, Şahdağ, Şəmkir, Daşkəsən, Şabran, Altıağac, Gəncə, Yevlax, Yardımlı, Lerik, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdab məntəqəsində suyun səviyyəsi 143 sm, Əyriçay-Ağyazıda 14 sm, Qaraçay-Rükdə 15 sm, Türyançayda 9 sm, Katexçayda 7 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidorda 16 sm, Kiçik Qafqaz ərazisindən axan Bəsitçayda 9 sm artım qeydə alınıb. Hazırda Qarasuçay-Zərdab məntəqəsindən sel keçir.

Bölgələrdə müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin iyulun 26-sı axşamadək davam edəcəyi gözlənilir.

10:05

İyulun 25-i saat 10:00-a olan məlumata görə, öncədən xəbər verildiyi kimi gündüz dağlıq ərazilərdən başlayaraq hava şəraiti dəyişib, əksər rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında da gecə saatlarından başlayaraq arabir yağış yağıb, şimşək çaxıb. Yarımadanın bəzi yerlərində yağıntılar intensivləşib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 11 mm-dək, Balakən-Şəki bölgəsində 62 mm, Lənkəran-Astara bölgəsində 55 mm, Mərkəzi Aran bölgəsində 39 mm, Quba-Qusar bölgəsində 33 mm, Qarabağ bölgəsində 30 mm, Dağlıq-Şirvan bölgəsində 26 mm, Naxçıvan MR-də 13 mm, Gəncə-Qazax bölgəsində isə 11 mm-dək təşkil edib.

İyulun 25-də gecə və səhər saatlarında Şəki rayonu ərazisindən axan Kişçaydan, Qəbələ rayonu ərazisindən axan Göyçaydan, Dəmiraparançaydan, İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan və Quba rayonu ərazisindən axan Qudyalçaydan sel keçib.

Son xəbərlər

Orphus sistemi