Yuxarı
    Bağlamaq

    ETSN vətəndaşlara pulsuz tinglər paylayacaq

    Dinlə

    Bakı. 8 noyabr. REPORT.AZ/ Ölkə Prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq, ağac əkilməsinin təşviqi məqsədilə “Hər ailə ağac əksin” devizi altında bayram günlərində vətəndaşlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən pulsuz ağac tingləri paylanılacaq.

    Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

    Aksiya 9, 12, 17 noyabrda saat 10:00-dan 12:00-dək Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində keçiriləcək və müxtəlif cinsli ağac tingləri vətəndaşlara paylanılacaq. Ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair vətəndaşlara ETSN-in mütəxəssisləri tərəfindən tövsiyyələr veriləcək.

    Ağac tingləri Xırdalanda 1 nömrəli məktəbin, Ramanada 316 nömrəli məktəbin həyətlərində, Sarayda Vəli Axundov adına parkda, Hövsanda Hövsan parkında paylanılacaq.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşları aksiyada fəal iştirak etməyə çağırır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi