Yuxarı
    Bağlamaq

    Nazirlik tullantıların qalaqlanmasına görə bələdiyyə sədrinin müavinini 2500 manat cərimələyib

    Yol verilən qanun pozuntusunun aradan qaldırılması üçün ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib
    © Report

    Bakı. 15 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Abşeron rayonu, Mehdiabad qəsəbə sakini Asif Ağakişiyev tərəfindən qəsəbə ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı şikayət daxil olub. 

    Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, şikayət ETSN-in yerli qurumlarının əməkdaşları tərəfindən Mehdiabad bələdiyyəsinin nümayəndəsinin iştirakı ilə yerində araşdırılıb.

    Əraziyə keçirilən baxış zamanı sözügedən ərazidə formalaşan məişət tullantılarının mövcud qanunvericiliyə uyğun idarə olunmadığı, müxtəlif sahələrdə qalaqlandığı və daşınmadığı aşkar edilib.

    Ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Mehdiabad bələdiyyəsinin sədr müavini Elşən Şıxəliyev barəsində protokol tərtib olunub və o inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Yol verilən qanun pozuntusunun aradan qaldırılması üçün ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi