"Bayıl ərazisi sürüşməyə meyilli ərazi olduğundan ciddi nəzarətdə saxlanılır. Ərazidə daha əvvəl - 2018-ci ilin fevral ayında Bayıl dərəsinin sağ yamacında sürüşmə baş vermişdi".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında
"Ərazidə baş verən sürüşmələrin bir-biri ilə əlaqəli olduğunu demək olmasa da, bir müddət əvvəl - oktyabr atında Badamdar ərazisində sürüşmə hadisəsi qeydə alınmışdı. Ötən gün axşam saatlarında isə Bibiheybət məscidinə yaxın olan bu ərazidə sürüşmə baş verib. Təxminən yolun 80-100 metrlik hissəsində sürüşmə qeydə alınıb", - o əlavə edib.
Ə.Qaralov bildirib ki, prosesə səbəb insan amilidir: "Keçən həftə bu ərazi barədə məlumat vermişdim. Baxmayaraq ki, layların yatım istiqaməti qərb tərəfədi, yamacın təsirindən daima dəniz istiqamətində təzyiq olur. Atmosfer çöküntülərinin intensiv olması ilə bağlı torpaq qatı ağırlaşır, təzyiq artıq və sürüşmə baş verir. Gəmiqayırma zavodu tərəfdə inşa edilən istinad divarının çökməsi tipli hadisə təkrar qeydə alınıb".