Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, “Təhlükəli Tullantılar” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı “Tullantıları İdarəetmə Mərkəzi” olaraq müəyyən edilib.