ETSN gəncləri “Təbiəti könüllü qoruyaq” adlı könüllülər qrupuna qoşulmağa çağırır
- 12 aprel, 2019
- 13:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Ekologiya və Təbii Sərvətlər Nazirliyi gəncləri “Təbiəti könüllü qoruyaq” adlı könüllülər qrupuna qoşulmağa çağırır.
Nazirliyin Mətbuat xidmətinin rəhbəri "Report"a bildirib ki, könüllülük fəaliyyətinə qoşulan gənclər ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə işləri aparacaq, əmək vərdişləri aşılayan təlimlərdə iştirak edəcək və seçilənlərə xüsusi sertifikatlar veriləcək.
Seçilmiş namizədlərdən gələcəkdə Nazirliyin kadr heyətinin formalaşdırılması nəzərdə tutulur ki, bu da gənclərin iş həyatına uğurlu bir keçid fürsəti yaradacaq.
Müraciət etmək istəyənlər tərcümeyi-halını ecoschool@eco.gov.az e-poçt ünvanına və ya Bakı şəhəri, B.Ağayev küç.,100 (A) ünvanına təqdim etməlidir.