ETSN-də BMT baş katibinin müavini ilə görüş keçirilib

Ekologiya
  • 15 iyul, 2019
  • 09:56
ETSN-də BMT baş katibinin müavini ilə görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Bakıda səfərdə olan Birləşmiş Millətlər Təşkilatının baş katibinin müavini, BMT-nin “Səhralaşma ilə mübarizə haqqında” Konvensiyasının baş katibi İbrahim Tyao ilə görüş keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüş zamanı Azərbaycanda səhralaşma problemi, quraqlığa gətirib çıxaran səbəblər, o cümlədən su ehtiyatlarının azalması, problemin həlli üçün sudan səmərəli istifadə və su itkilərinin azaldılmasının vacibliyi barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda bu sahədə Konvensiya ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.