ETSN-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub

ETSN-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub Bakı. 29 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
Ekologiya
29 May , 2018 15:14
ETSN-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub
eco.gov.az

Bakı. 29 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Nazirliyin kollektivi və tarix elmləri doktoru, professor, Milli Məclisin deputatı Musa Qasımlı iştirak edib. M.Qasımlı çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünün qeyd olunması ilə bağlı keçirilən tədbirlərin milli şüurun formalaşmasında mühüm əhəmiyyətini və Cümhuriyyətin milli dövlətçilik tariximizdə misilsiz rolunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, bu gün ölkədə milli tariximizə, mədəniyyətimizə xüsusi qayğı göstərildiyini qeyd edərək Cümhuriyyətin yaranması, fəaliyyəti, həmin dövrün ictimai-siyasi durumu barədə məlumat verib.

O, Azərbaycanın müasir dövlətçilik tarixi haqqında danışan tarixçi-alim ölkənin müstəqilliyinin möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin və bu ənənənin davamçısı Prezident İlham Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi