Bakı. 8 noyabr. REPORT.AZ/ "
"Report" xəbər verir ki, bunu "Daş karxanalarında müasir idarəetmə və ekoloji tələblərin tətbiqi" mövzusunda "dəyirmi masa"da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal, Analitik Elmi və Tədqiqatlar Mərkəzinin direktoru Mürsəl Əliyev deyib.
O bildirib ki, monitorinqin məqsədi qanunsuz fəaliyyət göstərən daş karxanalarını müəyyən etmək, bu sahədə yol verilən pozuntuları aşkarlamaqdır: "Monitorinqlərimiz bitəndən sonra aşkarlanan pozuntularla bağlı 105 akt tərtib edib prokurorluğa göndərmişik".
M.Əliyev sözlərinə görə, müasir avadanlıqlarla təchiz olunmayan karxanaların fəaliyyəti ətraf mühitə böyük ziyan vurur: "Hava qatı zərərli tozlarla örtülür, oksigen çatışmazlığı yaranır, o cümlədən torpaqların üst münbit qatı korlanır. Daş karxanalarının sahibləri fəaliyyətlərini ekoloji prinsiplər əsasında qurmağa çalışmalıdırlar" .