ETSN çimərlik mövsümü ilə əlaqədar monitorinqlərə başlayıb

ETSN çimərlik mövsümü ilə əlaqədar monitorinqlərə başlayıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi çimərlik mövsümü ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə birlikdə Xəzər dənizinin Azərbaycana mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda ekoloji vəziyyətin monitorinqinə başlayıb.
Ekologiya
28 May , 2019 16:35
ETSN çimərlik mövsümü ilə əlaqədar monitorinqlərə başlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi çimərlik mövsümü ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə birlikdə Xəzər dənizinin Azərbaycana mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda ekoloji vəziyyətin monitorinqinə başlayıb.

Bunu “Report”a açıqlamasında Nazirliyin şöbə müdiri Mirsalam Qəmbərov deyib.

Onun sözlərinə görə, monitorinqlər Bakı-Abşeron və Sumqayıt çimərlikləri, regionlarda isə Nabran-Yalama istiqaməti, Xaçmaz və Astara-Lənkəran bölgəsini əhatə edir, çünki həmin ərazilər sahil zolağından güclü çirklənməyə məruz qalır.

Mirsalam Qəmbərov qeyd edib ki, monitorinqlər mövsüm bitənə kimi davam edəcək: “Hesab edirəm ki, bir ay müddətinə I mərhələ yekunlaşaraq nəticələr məlum olacaq. Yəni, su nümunələri, dib çöküntüləri və axarların kəmiyyət-keyfiyyət göstəricilərinin təhlilləri aparılır. Yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”.

Son xəbərlər

Orphus sistemi