Bakı. 13 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının mütəxəssisləri növbətçilik rejimində Badamdar - 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri davam etdirirlər.
Nazirliyin Mətbuat xidmətindən "Report"a bildirilib ki, ən son məlumata görə, sürüşmənin dinamikasında aktivlik davam edir: "Sürüşmə kütləsini saxlamaq üçün 2013-cü ildə inşa edilmiş istinad divarı yamac boyu 4-5 metr aşağıya irəliləyib, həmin istinad divarında hipsometrik olaraq sürüşmə kütləsi hərəkət edərək avtomobil yoluna tökülüb. Proses aktiv fazadadır. Sürüşmə ərazisi aidiyyəti qurumların nümayəndələri tərəfindən nəzarətdədir və insanların həyatı üçün təhlükə yoxdur".
*** 09:50
Bakı. 13 oktyabr. REPORT.AZ/ "Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə bu gün saat 8 radələrindən başlayaraq aktivləşib"
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O bildirib ki, sürüşmə 10 gün əvvəl başlayıb: "Biz gecədən burdayıq. Sürüşmə bir dəfə, səhər saatlarında baş verib. Sürüşmə, təxminən, 200 metrdən artıq eni olan bir ərazini əhatə edir və avtomobil yoluna qədər hərəkət edib. Üzərində olan istinad divarının əksər hissəsi çöküb".
*** 09:39
Bakı. 13 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının mütəxəssisləri növbətçilik rejimində Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri davam etdirirlər.
Bu barədə "Report"a ETSN-in Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
O bildirib ki, ən son məlumata görə, sürüşmənin dinamikasında aktivlik dayanmayıb. İstinad divarından aşağıda sürüşmə kütləsinin hərəkəti davam edir.