Ətraf mühitin mühafizəsi sahəsində 2023-cü il ərzində hüquqi, vəzifəli və fiziki şəxslərin yol verdikləri qanun pozuntularına görə ümumilikdə 6,6 min akt, 2,9 min protokol tərtib olunub.
“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib.
Qeyd edilib ki, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 1042 müddətli "Məcburi göstəriş" verilib.
Məlumatda həmçinin vurğulanıb ki, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi, vəzifəli və fiziki şəxslərə ümumilikdə 3,2 min iş üzrə cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyanla bağlı 969 İş üzrə iddia qaldırılıb, 5,7 min iş üzrə ödəmə tətbiq edilib, tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 974, icra şöbələrinə 1,5 min və məhkəmələrə ümumilikdə 386 iş göndərilib.