Yağıntılar səbəbindən Quba, Ağsu, Şamaxı və İsmayıllıda ekzogen-geoloji proseslərdə nisbi aktivlik olub

Yağıntılar səbəbindən Quba, Ağsu, Şamaxı və İsmayıllıda ekzogen-geoloji proseslərdə nisbi aktivlik olub Yağıntılar səbəbindən Quba, Ağsu, Şamaxı və İsmayıllıda ekzogen-geoloji proseslərdə nisbi aktivlik olub.
Ekologiya
18 aprel 2025 10:08
Yağıntılar səbəbindən Quba, Ağsu, Şamaxı və İsmayıllıda ekzogen-geoloji proseslərdə nisbi aktivlik olub
Əli Əliyev

Yağıntılar səbəbindən Quba, Ağsu, Şamaxı və İsmayıllıda ekzogen-geoloji proseslərdə nisbi aktivlik olub.

Bu barədə "Report"a Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev məlumat verib. 

Onun sözlərinə görə, son günlər ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitindən sonra bəzi ərazilərdə ekzogen-geoloji proseslərin dinamikasında nisbi aktivlik müşahidə olunsa da, bu proseslərin ümumi fonu stabil xarakterlidir.

Ə.Əliyev qeyd edib ki, intensiv yağıntılar səbəbindən Quba, Ağsu, Şamaxı və İsmayıllı rayonları ərazisində ekzogen-geoloji proseslərin nisbi aktivliyi qeydə alınıb ki, bu da bilavasitə mövsümi xarakterli iqlim faktorları ilə əlaqəlidir.

O əlavə edib ki, hazırda Agentliyin mütəxəssisləri aidiyyəti qurumlarla proseslərin inkişaf dinamikasını qiymətləndirir.

Son xəbərlər

Orphus sistemi