Yuxarı

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri artırılıb

Nazirlər Kabineti “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları”nda dəyişikliklər edib

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları”nda dəyişikliklər edib.

“Report”un xəbərinə görə, dəyişikliyə əsasən, meşə qanunvericiliyinə riayət edilməsini, meşə fondunun səmərəli istifadəsini, meşələrin qanunsuz qırılmadan qorunmasını təmin etmək üçün müəyyən olunmuş qaydada dövlət nəzarətini Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirəcək.

Qeyd edək ki, dəyişiklikdən əvvəl meşə qanunvericiliyinə riayət edilməsini, meşə fondunun səmərəli istifadəsini, meşələrin qanunsuz qırılmasından qorunmasını təmin etmək üçün müəyyən olunmuş qaydada dövlət nəzarətini Ekologiya və Təbii Sərvətlər Nazirliyi, onun yerli təşkilatları aidiyyəti orqanlarla həyata keçirirdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi