Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat olub Söhrab Abbasov direktor müavini vəzifəsinə təyin edilib
Ekologiya
23 İyun , 2017 15:14

Bakı. 23 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) yeni təyinat olub.

"Report"un məlumatına görə, Söhrab Abbasov ETSN-in Meşələrin İnkişafı Departamentinin direktorunun müavini, həmin departamentin Meşəbərpa və meşəsalması sektorunun müdiri vəzifəsinə təyin edilib.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Report"a bildirib ki, ETSN-in Meşələrin İnkişafı Departamentinin direktor vəzifəsini müvəqqəti icra edən Xəlil Ramazanov isə əvvəlki kimi nazirliyin Təşkilat protokol şöbəsinin müdiri vəzifəsində işini davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi