Ekologiya və təbii sərvətlər naziri Zaqatalada vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Zaqatalada vətəndaşları qəbul edəcək Bakı. 18 sentyabr. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Zaqatalada vətəndaşları qəbul edəcək.
Ekologiya
18 Sentyabr , 2018 11:59
Ekologiya və təbii sərvətlər naziri Zaqatalada vətəndaşları qəbul edəcək

Bakı. 18 sentyabr. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Zaqatalada vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəbul sentyabr ayının 28-də saat 09:30-da Zaqatala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində olacaq. Qəbulda Zaqatala, Balakən və Qax rayonlarının vətəndaşları iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzi (ünvan: Zaqatala şəhəri, Nizami küçəsi 40) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 051-960-60-00, 050-580-88-38, 024-22-08-37) xahiş olunur.

Son xəbərlər

Orphus sistemi