Ekologiya və təbii sərvətlər naziri rektorla görüşüb

Ekologiya
  • 21 avqust, 2018
  • 12:42
Ekologiya və təbii sərvətlər naziri rektorla görüşüb
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev

Bakı. 21 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı arasında görüş keçirilib.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı geotermal suların istifadəsi, universitet tələbələri tərəfindən həyata keçirilən start-up layihələri və çirklənmiş torpaqların təmizlənməsi ilə bağlı tədbirlər müzakirə olunub.