Yuxarı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda havanın dəyişəcəyi barədə xəbərdarlıq yayıb

Noyabrın 2-dən başlayaraq havanın temperaturu tədricən 7-12 dərəcə aşağı enəcək

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində havanın dəyişəcəyi barədə xəbərdarlıq yayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən “Report”a daxil olan məlumata görə, noyabrın 2-də Bakıda və Abşeron yarımadasında günün ikinci yarısından başlayaraq hava şəraitinin əlverişsiz keçəcəyi, şimal küləyinin güclənəcəyi, axşam saatlarından başlayaraq temperaturun kəskin, 8-10 dərəcə aşağı enəcəyi, həmin gün axşam, noyabrın 3-ü və 4-də havanın soyuq keçəcəyi, maksimal temperaturun 4-6 dərəcə isti olacağı gözlənilir. Hava fasilələrlə yağıntılı olacaq.

Respublikanın rayonlarında isə noyabrın 1-də şimal və qərb rayonlarından başlayaraq noyabrın 5-dək hava şəraitinin əlverişsiz keçəcəyi, arabir yağıntılı olacağı, bəzi rayonlarda intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.

Noyabrın 2-dən başlayaraq havanın temperaturu tədricən 7-12 dərəcə aşağı enəcək. Bəzi rayonlarda güclü qərb, şimal-qərb küləyi əsəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi