Dünyada müşahidə olunan anomal havanın səbəbləri açıqlanıb

Dünyada müşahidə olunan anomal havanın səbəbləri açıqlanıb Bakı. 20 avqust. REPORT.AZ/ İqlimşünaslar müxtəlif fəsillərdə dünyada müşahidə olunan anomal hava şəraitinin səbəblərini açıqlayıblar.
Ekologiya
20 Avqust , 2018 17:04
Dünyada müşahidə olunan anomal havanın səbəbləri açıqlanıb
0 : 00
0 : 00

Bakı. 20 avqust. REPORT.AZ/ İqlimşünaslar müxtəlif fəsillərdə dünyada müşahidə olunan anomal hava şəraitinin səbəblərini açıqlayıblar. 

"Report" "Nature Communications" jurnalına istinadən xəbər verir ki, Arktikanın istiləşməsi ilə əlaqədar Amerika, Avropa və Asiya üzərində hərəkət edən küləklərin xarakterində baş verən kəskin dəyişikliklər son illərdə qışda anomal isti, yayda isə soyuq hava dövrlərinin qeyri-adi dərəcədə uzun olması ilə nəticələnib.

"Bütün planetimizi "planetar dalğalar" dediyimiz nəhəng hava axınları əhatə edir. Müşahidələrimiz göstərir ki, istixana qazlarının atmosferə buraxılması onların yayılmasına və hərəkətinə mane olaraq hava axınlarının işinə təsir etməyə başlayıb. Belə dalğalar ilişib qalanda onlar havanı, demək olar ki, "dondurur". Nəticədə yağışlar daşqına, yaxşı istilik dalğasına, quraqlıq isə güclü yanğınlara çevrilir", - deyə Almaniyanın Potsdam şəhərindəki İqlim üzrə Tədqiqatlar İnstitutundan olan Hans Şnellenhuber (Hans Schnellnhuber) bildirib.

Bu hadisələr Arktikada son illər temperaturun Yer kürəsinin digər bölgələrinə nisbətən daha çox artması ilə əlaqədardır. Bunun sayəsində qütb, mülayim qurşaq və tropiklər arasındakı temperatur fərqi xeyli azalıb və bu da atmosferin yuxarı qatında küləklərin hərəkətinin xarakterini kəskin şəkildə dəyişib.

Hans Şnellenhuberin fikrincə, gələcəkdə bu cür halların sayı qlobal istiləşmə fonunda daha da artacaq və bu, getdikcə daha böyük əraziləri əhatə edəcək. Qərb iqlimşünasları hesab edirlər ki, bu, ölüm hallarının kəskin artmasına səbəb olacaq. Belə ki, hər bir "əlavə" istilik dərəcəsinin yayda ölüm faktlarını 5%-dək artıracağı güman olunur. 

Son xəbərlər

Orphus sistemi