Dövlət Agentliyinin sədri: "Yaşıllıqlar istənilən vaxtda köçürülə bilməz"
- 16 sentyabr, 2022
- 12:50
Yeniliklərdən dərhal xəbərdar olun!
"Yaşıllıqlar istənilən vaxtda köçürülə bilməz".
"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.
O bildirib ki, mütləq ağaclar bioloji inkişafın dayandığı zaman köçürülməlidir: "Əvvəllər əkilən ağacların 50-60 faizi tutanda sevinirdik. Amma indi 6 min ağac əkilibsə, hamısı tutmalıdır, inkişaf etməlidir. Çünkü maliyyə ayırılır, gübrə, münbit torpaq və damcı üsulu ilə sulama təşkil edilib".
Sədr əlavə edib ki, quru ağacların yerində yeni ting əkilməlidir: "Biz buna da rəy verəndə başqa don geyindirirlər. Əsası olmadan Dövlət Agentliyinə qarşı bu cür ittihamlarla çıxış edənlər qanunla məsuliyyət daşıyır".