Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Daşgil palçıq vulkanı ETSN-in Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğu siyahısına daxil deyil və ərazi nəzarətdən kənarda qaldığı üçün müxtəlif növ tullantılarla çirklənməyə məruz qalır.
İməcilikdə palçıq vulkanının ərazisi müxtəlif növ tullantılardan təmizlənib, 500 kq-dan artıq plastik tullantı isə toplanaraq Qaradağ MKTB-nin Sanitar Təmizlik İdarəsinə təhvil verilib.
Nazirlik vətəndaşlara müraciət edir ki, Daşgil palçıq vulkanı ərazisini tullantılarla çirkləndirməsinlər, əraziyə gedərkən ətrafı təmiz saxlasınlar.