Bakı. 23 noyabr. REPORT.AZ/ Çinin mərkəzi Hubey əyalətinin Szinçjou yaşayış məntəqəsində körpünün tikintisi yaxınlıqdakı balıq təsərrüfatında təxminən 6 min nərə balığının ölümü ilə əlaqədar dayandırılıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çinin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyinə istinadən "China Daily" qəzeti yazıb.
Nəşrin məlumatına görə, yerli hökumət Çin nərələrinin kütləvi ölümünü araşdırıb və belə qərara gəlib ki, bu, mühafizə olunan təbiət ərazisində qanunsuz apardığı ehtimal edilən körpünün tikintisi üzrə işlərin nəticəsində ola bilər.
Nəşrin məlumatına görə, yerli hökumət Çin nərələrinin kütləvi ölümünü araşdırıb və belə qərara gəlib ki, bu, mühafizə olunan təbiət ərazisində qanunsuz aparıldığı ehtimal edilən körpünün tikintisi üzrə işlərin nəticəsində ola bilər.
Çin nərəsinin nəsli tükənmək üzrədir. Alimlər hesab edirlər ki, bu balıq növü azı 140 milyon il əvvəl mövcud olub.