Yuxarı

Bu ilin iyul ayı 1880-ci ildən planetdə ən isti ay olub

Məruzədə 2015-ci ilin ümumilikdə dünya tarixində ən isti il olacağı qeyd edilib

Bakı. 21 avqust. REPORT.AZ/ Bu ilin iyul ayı 1880-ci ildə qlobal məlumatların toplandığı andan planetdə ən isti ay olub. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Okeanologiya və Atmosfer Tədqiqatları İdarəsindən (NOAA) bildiriblər. 

Sinoptiklərin məlumatına görə, iyul ayında orta temperatur 16,6 dərəcə təşkil edib, bu da 1998-ci ildə qeydə alınan əvvəlki rekorddan 0,08 dərəcə çoxdur. 

Afrikada ötən ay temperatur göstəricilərinə görə yalnız 2002-ci ilin iyul ayından geri qalıb. Avstriyada bu ilin iyul ayı 1767-ci ildə başlayan milli müşahidə tarixinin ən isti ayı olub. 

Məruzədə qeyd olunub ki, 2015-ci il ümumilikdə dünya tarixində ən isti il olacaq. Mütəxəssislərin fikrincə, temperatur rekordlarına Yerin iqliminin qlobal dəyişiklikləri və El-Ninyo təbiət fenomeni təsir göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi